BAKI, 23 noyabr. TELEQRAF
NATO 1997-ci il sərhədlərinə qayıtmaq niyyətində deyil.
Teleqraf xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Mark Rütte bu gün mətbuat konfransında bildirib.
"NATO-nun 1997-ci il sərhədlərinə qayıtması qəbuledilməzdir. NATO-da heç kim bunu yaxşı fikir hesab etmir. Belə qərarlar onun hüdudlarından kənarda hər hansı bir şəxs tərəfindən deyil, NATO daxilində qəbul edilir", - M.Rütte bildirib.