BAKI, 23 noyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının V turunda Bakıda “Sabah”ın qonağı olacaq İspaniyanın “Barselona” komandası səfər üçün heyətini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Rodri, Xavi Espart, Andreas Kristensen və Lamin Yamal Azərbaycana gəlməyəcək.

“Sabah”la oyun üçün heyətə aşağıdakı futbolçular daxil edilib:

Joan Qarsiya, Xuan Kanselu, Alexandro Balde, Brayan Farinyas, Pau Kubarsi, Qavi, Fermin Lopes, Pedri, Qabriel Jezus, Rafinya, Voytsex Şesnı, Karim Adeyemi, Entoni Qordon, Jerar Martin, Dani Olmo, Frenki de Yonq, Mark Bernal, Jül Kunde, Erik Qarsiya, Dominik Livakoviç, Cessi Bisivu, Aleks Kampos.

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin V turunun “Sabah” – “Barselona” matçı noyabrın 25-də, saat 21:45-də başlayacaq.