BAKI, 21 noyabr. TELEQRAF

Qarabağ Universitetinin Klinikası Xəstəxana Məlumatlarının İdarəetmə Sisteminə (XMİS) qoşulacaq.

Teleqraf xəbər verir ki, klinika bununla bağlı Türkiyənin "Pusula Kurumsal İş Çözümleri Yazılım Danışmanlık ve Tic A Ş" şirkəti ilə müqavilə bağlayıb.

Müqavilənin dəyəri 736.950 manat təşkil edib.

Sözügedən işlərin icrasına bu gündən start verlib, gələn ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.