BAKI, 16 oktyabr. TELEQRAF
2029-cu ildə qeyri-vergi gəlirləri 14 milyard 642 milyon manata geriləyəcək.
Teleqraf xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənədə əsasən 2025-ci ildə qeyri-vergi gəlirləri 18 milyard 709 milyon manat səviyyəsinə - pik həddə çatacaq. Lakin 2025–2029 dövründə ardıcıl azalma proqnozlaşdırılır — 2029-cu ildə qeyri-vergi gəlirləri 14 milyard 642 milyon manata geriləyəcək.
Bu, pikinin (2025) 2029-a nisbətən təxminən 4 milyard 67 milyon manatlıq, yəni təxminən 21.7% azalma deməkdir.
Qeyri-vergi gəlirlərinin 2025-ci ildə pikə çatdıqdan sonra aşağı düşməsi dövlət müəssisələrindən daxilolmaların, dividendlərin və digər qeyri-vergi mənbələrinin əvvəlki səviyyələrdə davam etməməsi ilə bağlıdır. Nəticədə, büdcədə gəlir strukturu daha çox vergi yönümlü olacaq.