BAKI, 22 aprel. TELEQRAF

Perunun xarici işlər naziri Hugo de Sela və müdafiə naziri Karlos Alberto Diaz Danino müvəqqəti prezident Xose Balkazarın Amerika F-16 qırıcı təyyarələrinin alınmasını iyul ayında yeni hökumətin formalaşmasına qədər təxirə salmaq qərarından sonra istefa veriblər.

Teleqraf xəbər verir ki, De Sela müvəqqəti prezidentin qırıcı təyyarənin tədarükünə dair müqavilə ilə bağlı ölkəyə yalan danışıb. Xarici işlər naziri müsahibəsində bildirib ki, Balkazarın verdiyi siyasi qərar ölkənin etibarlılığını sarsıdır.

Müdafiə naziri istefasının səbəbi kimi F-16-ların alınmasının gecikməsi ilə bağlı ciddi fikir ayrılıqlarını göstərib.

Qeyd edək ki, Balkazar müqaviləni təxirə salmaq və məsələni 7 iyunda keçiriləcək təkrar seçkilərdə seçiləcək yeni prezidentin səlahiyyətinə buraxmaq niyyətində olduğunu açıqlayıb.

2024-cü ildə Peru Prezidenti daxili kreditlər hesabına 3,5 milyard dollara 24 qırıcı almaq niyyətində olduğunu açıqlamışdı. 2025-ci ilin sentyabr ayında Dövlət Departamenti 3,42 milyard dollar dəyərində F-16 qırıcı təyyarələrinin və dəstək komponentlərinin satışını təsdiqləyib.