BAKI, 23 aprel. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranla bağlı tətbiq olunan dəniz blokadası çərçivəsində 29 gəminin qarşısının alındığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, ABŞ qüvvələri blokada çərçivəsində 29 gəmini ya istiqamətini dəyişməyə məcbur edib, ya da limana geri qaytarıb.

Eyni zamanda, CENTCOM bəzi kommersiya gəmilərinin blokadanı yararaq keçməsi ilə bağlı məlumatları təkzib edib.

Xatırladaq ki, daha əvvəl "Bloomberg" agentliyi ən azı 34 neft tankeri və qaz daşıyan gəminin İranla əlaqəli şəkildə Hörmüz boğazından və ABŞ-nin blokada xəttindən keçdiyini bildirmişdi.