BAKI, 22 aprel. TELEQRAF

Hörmüz boğazının minalardan təmizlənməsi ən azı altı ay çəkə bilər. İranla münaqişə bitmədən təmizləmə işinə başlamaq çətindir.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi Pentaqonun yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

“The Washington Post” qəzetinin öz mənbələrinə istinadən qeyd etdiyi kimi, bu qiymətləndirmə bir sıra konqresmenlər arasında kəskin reaksiyaya səbəb olub.

Jurnal həmçinin yazır ki, strateji əhəmiyyətli boğazda gəmiçiliyin uzun müddət blokadada saxlanılması, neft qiymətlərinin artması səbəbindən ABŞ üçün təkcə iqtisadi deyil, həm də respublikaçılar üçün siyasi risklərə səbəb ola bilər.