BAKI, 23 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Avropa İrana qarşı əməliyyatda ABŞ-yə kömək etməməklə sınaqdan uğurla keçə bilməyib.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt "Fox News"a müsahibəsində bildirib

"Avropalılardan çoxlu söz-söhbət eşidirik. Təəssüf ki, kifayət qədər tədbir görülmədi. Prezident Trampa gəldikdə isə, onun nöqteyi-nəzərindən NATO sınaqdan keçmədi, uğursuz oldu. Onlar müdafiəyə gəlmədilər və ABŞ ilə qüvvələri birləşdirmədilər", - deyə Livitt qeyd edib.