BAKI, 16 oktyabr. TELEQRAF

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1,6 milyard dollar dəyərində 85 257 ədəd avtomobil idxal edib.

Teleqraf Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata əsasən xəbər verir ki, sayca bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 28,6 faiz artıb.

Ölkəyə gətirilən avtomobillərin 78 205 ədədi minik avtomobilləri olub. Bundan 1559 ədədi yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir ki, bu göstərici avqust ayı ilə müqayisədə 10,4 faiz çoxdur.

Yanvar-sentaybr aylarında 70,558 milyon ABŞ dolları dəyərində 6 030 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxal edilib. Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 370 ədəd olub.