BAKI, 16 oktyabr. TELEQRAF

2026-cı ildə dövlət borcuna xidmətlə bağlı xərclər 2457,6 milyon manat məbləğində proqnozlaşdırılır.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata əsasən 2026-cı il üzrə dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclərin 1400,0 milyon manatını xarici dövlət borcu üzrə xərclər, o cümlədən, 940 milyon manatını əsas borc ödənişləri, 460 milyon manatını faiz xərcləri təşkil edir.

2026-cı ilin dövlət büdcəsində daxili dövlət borcuna xidmət üçün 137 milyon manat əsas, 920,6 milyon manat məbləğində isə faiz xərcləri proqnozlaşdırılır. Dövlət borcu üzrə proqnozlaşdırılan faiz xərclərinin cəmi 2026-cı il üçün 1380,6 milyon manat məbləğində nəzərdə tutulub.