BAKI, 15 oktyabr. TELEQRAF
AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Gəncə – Qazax və Qazax – Gəncə, Şəmkir – Gəncə, Gəncə – Goranboy və Goranboy – Gəncə, Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal), Könüllü (Şəmkir) – Gəncə (avtovağzal), Qovlarsarı (Samux) – Gəncə (dəmiryol vağzalı) və Qarabağlar (Samux) – Gəncə (dəmiryol vağzalı) avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Qurumdan Teleqraf-a verilən məlumata görə, Gəncə – Qazax və Qovlarsarı (Samux) – Gəncə (dəmiryol vağzalı) marşrutları üzrə fiziki şəxs Əsgərov Taleh Qafar oğlu; Qazax – Gəncə marşrutu üzrə fiziki şəxs Mirzəyev Xəyal Vəli oğlu; Şəmkir – Gəncə və Könüllü (Şəmkir) – Gəncə (avtovağzal) marşrutları üzrə hüquqi şəxs "Şəmkir-Sərnişinnəqliyyat" ASC; Gəncə – Goranboy, Goranboy – Gəncə, Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal) və Qarabağlar (Samux) – Gəncə (dəmiryol vağzalı) marşrutları üzrə hüquqi şəxs "Simurq-Avto" MMC qalib elan olunublar.
Qeyd edək ki, müsabiqələrin nəticəsinə əsasən, Gəncə – Qazax, Qazax – Gəncə və Şəmkir – Gəncə istiqamətləri üzrə istismar ediləcək avtobuslar 2025-ci il istehsalı olan müasir nəqliyyat vasitələridir.