BAKI, 14 oktyabr. TELEQRAF
ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə oktaybrın 18-i Bakı-Ağstafa, oktaybrın 19-u isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Azərbaycan Dəmir Yolları QSC-dən Teleqraf-a verilən məlumaat görə, eyni zamanda, 29 sentyabrdan fəaliyyətdə olan həftəiçi Bakı–Ağstafa–Bakı əlavə reysləri və gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilərsiniz.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.