BAKI, 23 aprel. TELEQRAF
Meksikada yerləşən Teotiuakan arxeoloji kompleksi və onun muzeyləri aprelin 20-də baş verən silahlı insidentdən sonra yenidən ziyarətçilərin üzünə açılıb.
Teleqraf xəbər verir ki, bu barədə Meksikanın Milli Antropologiya və Tarix İnstitutu məlumat yayıb.
Bildirilib ki, tarixi irs obyekti hər gün saat 08:00-dan 17:00-dək fəaliyyət göstərəcək və təhlükəsizlik tədbirləri gücləndirilmiş rejimdə təmin olunacaq. Təhlükəsizlik Milli Qvardiya və müxtəlif səviyyəli dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçiriləcək.
Eyni zamanda, hücum zamanı turistlərə atəş açılan Ay piramidasına giriş növbəti bildirişədək ziyarətçilər üçün bağlı qalacaq.
Qeyd edək ki, aprelin 20-də baş verən silahlı insident nəticəsində ölən və yaralananlar olmuşdu.