BAKI, 14 oktyabr. TELEQRAF
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəmir yolu ilə daşınan sərnişinlərin sayı isə 7 milyon 156,9 min nəfər təşkil edib. Bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz artım deməkdir
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, dəmir yolu nəqliyyatı ilə 12,5 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz azdır.