BAKI, 14 oktyabr. TELEQRAF
Bu ilin yanvar- sentyabr aylarında magistral qaz kəmərləri ilə 29825,0 milyon kub-metr qaz nəql edilib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 0,9 faiz çoxdur.
Qazın nəqlinin 57,5 faizi BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 17135,6 milyon kub-metr qaz ötürülüb.