BAKI, 14 oktaybr. TELEQRAF

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 20 milyon 675,7 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% azalıb.

Oktyabrın 1-ə olan hazır məhsul ehtiyatı isə 219,1 min ton təşkil edib.