BAKI, 14 oktyabr. TELEQRAF
Bu ilin yanvar-sentyabr aylarında magistral neft kəmərləri ilə 27592,8 min ton neft nəql edilib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 74,5 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və cari ilin yanvar-sentyabr ayları ərzində bu kəmər vasitəsilə 20569,1 min ton neft ötürülüb.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,6 faizini və ya 17404,4 min tonunu Azərbaycanda hasil edilən neft, 15,4 faizini və ya 3164,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.