BAKI, 14 oktyabr. TELEQRAF

Bu ilin yanvar-sentaybr aylarında Azərbaycanda 2349 kiloqram qızıl istehsal edilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə istehsalda 34,1 % artım qeydə alınıb.

Hesabat dövründə ölkədə 2984,3 kiloqram gümüş istehsal edilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 29,3% çoxdur.

Oktyabrın 1-ə hazır qızıl ehtiyatı 142,2 kiloqram, gümüş ehtiyatı isə 759,1 kiloqram təşkil edib.