BAKI, 14 oktaybr. TELEQRAF
Bu ilin yanvar-avqust aylarında əhalinin gəlirləri nominal ifadədə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz artaraq 66,3 milyard manat olub.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manat təşkil edib.
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2025- ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 29 milyard 142,4 milyon manat vəsait daxil olub, büdcədən 24 milyard 668,2 milyon manat vəsait xərclənib, büdcənin icrasında 4 milyard 474,2 milyon manatlıq profisit yaranıb.