BAKI, 3 oktyabr. TELEQRAF

2025-ci ilin I yarımilliyində ipoteka portfeli illik əsasda 13% artaraq 4.43 mlrd. manat təşkil edib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 509.3 mln manat olub.

Bu artımın 258 mln. manat (artımın 51%-i) olan hissəsi dövlət ipotekası proqramı, 251.3 mln. manat (artımın 49%-i) olan hissəsi isə bankların daxili ipoteka proqramı vasitəsilə olub.

Hazırda, dövlət hesabına verilmiş ipoteka ümumi ipoteka portfelinin 55.4%-ni (2.45 mlrd. manat), bankların öz vəsaitləri hesabına verilmiş ipoteka məbləği isə portfelin 44.6%-ni (1.98 mlrd. manat) təşkil edir