BAKI, 23 aprel. TELEQRAF
TƏBİB vəzifəsindən azad olunan xəstəxana direktorları və yeni təyinatlarla bağlı açıqlama yayıb.
Qurumdan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda TƏBİB tabeli tibb müəssisələrinin vəzifədən azad olunan direktorlarına onun səlahiyyətləri müvəqqəti olaraq direktor müavinlərindən birinə həvalə olunur:
"Bu halda tibb müəssisəsinin direktor müavinləri və ya baş həkim direktor vəzifəsini icra edir və bu, müvəqqəti xarakter daşıyır. Həyata keçirilən struktur və kadr optimallaşdırılması idarəetmə effektivliyinin yüksəldilməsinə, qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə və səhiyyə xidmətlərinin keyfiyyətinin davamlı şəkildə artırılmasına xidmət edir".