BAKI, 23 aprel. TELEQRAF

Monteneqro 2028-ci ilə qədər Avropa İttifaqının 28-ci üzvü olmaq istəyir.

Teleqraf xəbər verir ki, bu barədə Monteneqronun Avropa işləri üzrə naziri Maida Qorçeviç bildirib.

“Monteneqronun Avropa İttifaqına üzvlüyü ilə bağlı saziş layihəsini hazırlamaq üçün işçi qrupunun yaradılması ölkənin 2028-ci ilə qədər Avropa İttifaqının 28-ci üzvü olması istiqamətində doğru yolda olduğunu bir daha təsdiqləyir”, - nazir vurğulayıb.