BAKI, 3 oktyabr. TELEQRAF

2025-ci ilin ilk yarımilində banklaın maliyyələşmə mənbəyi olan hüquqi şəxslərin depozitlərində azalma olsa da, fiziki şəxslərin depozitlərində artım müşahidə edilib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, 2025-ci ilin ilk yarımili ərzində hüquqi şəxslərin depozitləri 4.7% (1.1 mlrd. manat) azalaraq 22.3 mlrd. manata düşüb. Fiziki şəxslərin depozitləri isə 5.3% (0.76 mlrd. manat) artaraq 15.1 mlrd. manat təşkil edib. Nəticədə 2025-ci ilin I yarımilinin sonuna olan göstəricilərə əsasən hüquqi şəxslərin depozitlərinin öhdəliklərdə payı 5.7 faiz azalaraq 44.8%-ə enib.

Qeyd etmək lazımdır ki, fiziki şəxslər üzrə depozitlərin artımı müddətli depozitlərin artımı hesabına olsa da, hüquqi şəxslər üzrə depozitlərin azalması həm müddətli, həm də tələbli depozitlərin azalması hesabına baş verib. Təhlillər, hüquqi şəxslərin depozitlərində azalmanın əsaəsn neft-qaz sənayesində fəaliyyət göstərən iri təşkilatların əməliyyatları hesabına baş verdiyini göstərir.