BAKI, 3 oktyabr. TELEQRAF

2025-ci ilin I yarımilliyində sığorta haqları əvvəlki illin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 817 mln. manat, sığorta ödənişləri isə 25% artaraq 432 mln. manat təşkil edib.

Teleqraf bu barədə Mərkəzi Bankın yarım illik "Maliyyə Sabitliyi hesabatı"na istinadən xəbər verir.

Hesabata əsasən sektor yüksək mənfəətlə fəaliyyət göstərib. 6 ayda 81 mln. manat xalis mənfəət əldə edib.

2025-ci ilin I yarımilliyində sığorta sektoru üzrə aktivlərin gəlirliliyi 7%, kapitalın gəlirliliyi isə 24.5% təşkil edib.

Sektorun məcmu kapitalı tələb olunan kapitalı 1.6 dəfədən çox üstələməkdədir. İnvestisiya şirkətlərinin maliyyə sistemində payı kiçik olsa da, artım üçün potensialı böyükdür. Kapital bazarında qiymətli kağızlar dövriyyəsi artım tendensiyasını qoruyub saxlayıb. Kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi, tənzimləmə çərçivəsinin modernizasiyası istiqamətində tədbirlər davam etdirilib.