BAKI, 18 sentyabr. TELEQRAF

Qızılın qiymətləri enməyə davam edir.

Teleqraf xəbər verir ki, buna ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcəsini dörddəbir bənd azaltması səbəb olub.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.69% azalaraq 3,692 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.97% azalaraq 41.74 ABŞ dolları təşkil edib.