BAKI, 23 aprel. TELEQRAF

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin prokurorluq tərəfindən keçirilən əməliyyatla saxlanılan əməkdaşları hakim qarşısına çıxarılıblar.

Teleqraf xəbər verir ki, Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatını təmin edib.

Qərara əsasən təqsirləndirilən şəxslərin hər biri - Araz Kərimli, Niyam Mədətsoylu, Etibar Əliyev, Şamil Alıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (mütəşəkkil dəatə tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.