BAKI, 23 aprel. TELEQRAF
“Bilirdim ki, Azərbaycan güləş tarixinə düşə bilərəm. Bunun üçün də çox yaxşı hazırlaşırdım”.
Teleqraf xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında birinci yeri tutan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Heydər Əliyev adına Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
O, təəssüratını belə ifadə edib:
“Getməzdən əvvəl üzərimdə böyük məsuliyyət vardı. Gördüyünüz kimi, ağır görüşlərim keçdi. Hazırlığımız yaxşı olmasaydı, bu görüşlərdə qalib gələ bilməzdim. İki döyüşün ikisində də xalda geri düşmüşdüm. Buna baxmayaraq, xallarımı geri qaytara bildim”.