BAKI, 12 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2 milyon 270,6 ton mis konsentratı istehsal edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən istehsalda 20,3 dəfə artım olub.

Sentyabrın 1-i vəziyyətinə ölkənin hazır məhsul ehtiyatı 179,5 ton təşkil edib.