BAKI, 12 sentyabr. TELEQRAF
2025-ci ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artaraq 57939,3 milyon manat və ya hər nəfərə orta hesabla 5659,6 manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, əhalinin sərəncamında qalan gəlirləri 50785,4 milyon manat təşkil edib.