BAKI, 22 may. TELEQRAF
Qarabağ Universitetinin təchizatı üçün 4 milyon manat dəyərində avadanlığın alınması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə universitetin elan etdiyi açıq tenderin ehtimal olunan qiyməti 4 milyon 253 min 553 manatdır.
Tenderlər bağlı işlərə inventar, avadanlıq və malların satın alınması daxildir.
Təchizatçılar təkliflərini təqdim etmək üçün 1000 manat iştirak haqqı ödəməlidirlər. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyulun 1-nə təyin olunub.