BAKI, 8 may. TELEQRAF

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyinin seçkili orqanları yenidən formalaşdırılıb. Hazırda qanunvericilikdə nəzərdə tutmuş qaydada qəbul edilən dəyişikliklərin dövlət qeydiyyatına alınma prosesi davam edir.

Qurumdan Teleqraf-a bildirilib ki, ötən il iyulun 19-da təşkilatın növbədənkənar konfransı keçirilib.

Məlumata görə, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilən Dövlət Qeydiyyatı haqqında Reyestrdən çıxarışa əsasən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyinin seçkili icra orqanlarının səlahiyyətləri 20.05.2025-ci il tarixədək qüvvədədir.

O da qeyd edilib ki, 20.05.2025-ci il tarixdən sonra Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyi İdarə Heyyətinin adından çıxış edən şəxslər səlahiyyətsizdir. Birliyin İdarə Heyyətinin sədrinin və üzvlərinin adından çıxış edilməsi cinayət xarakterli əməl olaraq, vəzifəli şəxslərin səlahiyyətlərinin mənimsənilməsi kimi qiymətləndirilərək, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquq mühafizə orqanlarına müraciət ediləcək.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc redaksiyamızla əlaqə saxlayıb. O bildirib ki, 2022-ci ilin may ayında AQC-nin hesabat-seçki konfransında təşkilatın rəhbəri seçilib. 20234-cü ilin iyun ayında bir qrup AQC adına iddia edərək, saxta möhür düzəldib və buna görə, hüquq-mühafizə orqanlarına müraciət olunub: "Ədliyyə Nazirliyi onun rəhbəri olduğu qurumu AQC olaraq tanıyıb. May ayının 3-də keçirilən konfransda da Ədliyyə Nazirliyinin nümayəndəsi iştirak edib. AQC sədri vurğulayıb ki, AQC adına qanunsuz iddia özü cinayət əməlidir və onlar da bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək".