BAKI, 8 may. TELEQRAF
Əmlak Məslələri Dövlət Xidməti tərəfindən dövlət mülkiyyətinə keçmiş nəqliyyat vasitələri hərraca çıxarılacaq.
Teleqraf xəbər verir ki, hərracda 55 nəqliyyat vasitəsi satışa qoyulacaq.
Sözügedən nəqliyyat vasitələrinin ilkin toplam dəyəri 111 min 150 manat təşkil edir.
Hərrac iyunun 10-i saat 11:00-da keçiriləcək. İştirak üçün əvvəlcədən 10 faiz beh tələb olunur.
Qeyd edək ki, nəqliyyat vasitələri 3-cü dəfə təkrar hərraca çıxarılır. Bu səfər isə 10% endirimlə tətbiq edilib.