BAKI, 5 may. TELEQRAF
Bu ilin yanvar-aprel ayları üzrə Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri məlum olub.
Teleqraf Fonda istinadən xəbər verir ki, dövr ərzində ən çox dövriyyəsi olan şirkət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub (18,7 milyard manat).
Siyahıda ikinci pillədə 15,4 milyard manat dövriyyə il "ABB İnvest İnvestisiya Şirkəti" QSC, üçüncü yerdə isə 2,4 milyard manat dövriyyə ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC qərarlaşıb.
Bakı Fond Birjasının daxili qaydalarına əsasən üzvlərin renkinqi aylıq hesablanır və hər növbəti ayın əvvəlində elan olunur. Renkinq repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla hesablanır.