BAKI, 23 aprel. TELEQRAF

Azərbaycan Mərkəzi Bankı yenilənmiş inflyasiya gözləntilərini açıqlayıb.

Teleqraf xəbər verir ki, Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı qərarında deyilir ki, mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz saxlansa da, 2025-ci ilin aprel ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir.

Mərkəzi Bank bu ilin yanvar ayında illik inflyasiyanın 2025-ci ildə 5,5%, 2026-cı ildə isə 3,8% ətrafında olacağını açıqlamışdı.

“Ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib”, - deyə qərarda deyilir.