BAKI, 8 may. TELEQRAF

2026-cı ilin birinci rübündə ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq əməliyyatlarının dəyəri 1 milyon 350 min 492 manata bərabər olub.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə 2025-ci ilin birinci rübü ilə müqayisədə ölkədaxili fırıldaqçılıq əməliyyatlarının dəyərində 3,13 dəfə artım qeydə alınıb.

Ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq əməliyyatlarının dəyəri 325 min 335 manat bərabər olub və bu istiqamətdə 73,2% artım qeydə alınıb.

Məlumata görə, 2025-ci ilin 4-cü rüb ilə müqayisədə isə ölkə daxilində fırıldaqçılıq hallarının məbləği 24,25% azalıb. Ölkə xaricində fırıldaqçılıq hallarının məbləği isə 12,17% azalıb.