BAKI, 8 may. TELEQRAF
Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 12 mln. manatdan çoxu vətəndaşlara qaytarılıb.
Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, 2026-cı ilin yanvar – aprel ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilən ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 12 milyon 181,8 min manat təşkil edib.