BAKI, 8 may. TELEQRAF
Mayın 12-də Hacıqabul və Neftçala rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar çərşənbə axşamı saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonu Muğan qəsəbəsinin, həmçinin Neftçala rayonu Boyad və Ballıcallı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq