BAKI, 8 may. TELEQRAF
Lənkəranın bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
“Azərişıq” ASC-dən Teleqraf-a verilən məlumata görə, bu gün Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Separadi" və "Sinovli" hava xətlərində təmir işləri aparılacaq.
“Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Separadi, saat 13:00-dan 15:30-dək Sinovli, Tükəvilə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - qurumdan əlavə edilib.