BAKI, 7 may. TELEQRAF

Nərimanov rayonunda abadlıq-yenidənqurma işlərinin görülməsi üçün 27,3 milyon manat vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bakı şəhər Əsaslı Tikinti və Təmir" MMC müsabiqə elan edib.

Müsabiqənin qalibi olacaq şirkətə Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işlərinin görülməsi üçün 27 milyon 357 min 881,48 manat ödəniş ediləcək.

Tenderlə bağlı təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyunun 25-nə təyin olunub.