BAKI, 7 may. TELEQRAF
2026-cı ilin yanvar-aprel aylarında yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) vasitəsilə qeydə alınan dövriyyə 9 milyard 452,1 milyon manata yaxın olub.
Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,5% çoxdur. İndiyədək ölkə ərazisində 112.985 ədəd belə NKA quraşdırılıb.