
Bakı, 3 aprel. TELEQRAF
Xeyli miqdarda dərman preparatları aşkar edilib.
Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” postunda Gürcüstandan Azərbaycana gələn yük maşınında gömrük nəzarətindən gizlədilmiş dərman preparatları aşkar edilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə, 3920 ədəd “Trittico” adlı dərman preparatı yoxlama zamanı maşının dartıcısından götürülüb.