
BAKI, 6 aprel. TELEQRAF
İsrail qüvvələrinin İordan çayının qərb sahilində yerləşən sərhəd divarı yaxınlığında atəş açması nəticəsində iki fələstinli yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Bildirilib ki, hadisə bu səhər tezdən Betləhəmin şimal-şərqində yerləşən Vadi əl-Hummus bölgəsində baş verib.
Yaralıların vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur və onların tibbi yardım alıb-almadığı bilinmir.