BAKI, 6 aprel. TELEQRAF

Formula 1 üzrə Yaponiya Qran Prisinə yekun vurulub.

Teleqraf xəbər verir ki, Sudzuka halqasında keçirilən yarışda "Red Bull"un pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

İlk "üçlüyü" "Maklaren"in üzvləri qapayıb. Lando Norris və Oskar Piastri müvafiq olaraq iki və üçüncü pillələri tutublar.

Ferstappen üçün bu qələbə onun Yaponiya Qran Prisində ardıcıl dördüncü olub.

Formula 1 üzrə yeddiqat dünya çempionu Lüis Hemilton ("Ferrari") 7-ci pilləni tutub.

Qeyd edək ki, 19 - 21 sentyabrda Azərbaycan Qran Prisi keçiriləcək.