BAKI, 6 mart. TELEQRAF

Kiyevdə Böyük Britaniya və Fransa rəsmiləri Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Böyük Britaniyanın Baş Qərargah rəisi Toni Radakin Fransa və Ukraynadan olan həmkarları ilə sülhməramlı kontingentlərin əraziyə mümkün yerləşdirilməsi ilə bağlı danışıqlar aparıb.

Bildirilir ki, danışıqlar zamanı hərbi liderlər Ukrayna üçün potensial təhlükəsizlik qüvvələrinin təşkilati parametrlərini, o cümlədən onların sayı, strukturu və tərkibini müzakirə ediblər.