BAKI, 6 aprel. TELEQRAF

"Kristal Pelas" İngiltərə Premyer Liqasının XXXI turunda evdə "Brayton"a 2:1 hesabı ilə qalib gəlib.

Teleqraf xəbər verir ki, meydan sahibləri matçı doqquz nəfərlə başa vurublar. 78-ci dəqiqədə hücumçu Eddi Nketiah, 90-da isə müdafiəçi Marki Quehi meydandan qovulub.

"Brayton"dan isə əlavə vaxtın 6-cı dəqiqəsində Jan-Pol van Hekken qırmızı vərəqə ilə cəzalandırılıb.

Beləliklə, "Kristal Pelas" Premyer Liqa tarixində ilk dəfə ev oyununda iki qırmızı vərəqə ilə qələbə qazanan komanda olub.

Qeyd edək ki, "Kristal Pelas" İngiltərə Premyer Liqasında 43 xalla 11-ci, "Brayton" isə 47 xalla 8-ci pillədə qərarlaşıb.