
BAKI, 22 mart. TELEQRAF
Ötən il Gürcüstanın Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyalar 35 milyon 357 min ABŞ dolları təşkil edib.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, investisiyaların həcmi illik müqayisədə 4,291 milyon ABŞ dolları azalıb.
Azərbaycandakı birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstanın payı 0,5 % təşkil edir.
Azərbaycanın qonşu ölkənin iqtisadiyyatına investisiya qoyluşlarına gəlincə, 165 milyon 046 min ABŞ dolları təşkil edib. Beləliklə, Gürcüstana investisiya qoyluşunun birbaşa xarici investisiyaların ümumi həcmindəki payı 9,4 %-ə yüksəlib.
2023-cü ildə bu rəqəm 87 milyon 237 min ABŞ dolları təşkil edib. Bu da Azərbaycanın birbaşa xarici investisiyalarının 2,8 faizi deməkdir.