
BAKI, 22 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 35,36 min ABŞ dolları dəyərində ipək idxal edilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə, idxaldan fərqli olaraq, ötən iki ayda ixrac baş tutmayıb.
Xatırladaq ki, ötən ilin üç ayında Azərbaycan 537.72 min dollar dəyərində 38.23 ton ipək ixrac etmişdi.
Qeyd edək ki, Azərbaycanın əsas ipək istehsalçısı “Azəripək” MMC-nin daxil olduğu "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilib. Elə bu səbəbdən, ötən ilin dekabrından ölkədə ipək istehsalı dayandığından ixrac baş tutmayıb.
Onu da bildirək ki, "Azəripək" MMC həmçinin, öz təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrildiyini elan edib.