
BAKI, 22 mart. TELEQRAF
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 652 ədəd noutbuk istehsal edilib.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən istehsal 16,2 faiz azalıb.
Hesabat dövründə 1540 ədəd stolüstü kompüter istehsal edilib. Bu sahədə istehsal 3,6 dəfə artıb.
Ümumilikdə kompüter, elektron və optik məhsulların istehsalı 27,8 faiz artıb.