BAKI, 22 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1540,6 ton çay istehsal edilib.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 21,7% azdır.

Martın 1-nə 52,3 ton hazır məhsul ehtiyatı yaranıb.

Xatırladaq ki, ötən ilin yanvar-fevral aylarında çay istehsalı 1967,2 ton təşkil edib. Həmin dövrdə anbarlardakı ehtiyatların həcmi 87,6 ton olub.