BAKI, 22 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1357,5 ton şəkərli qənnadı məmulatları istehsal edilib.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu,2024-cü ilin eyni dövrünə nisbətən 7,5 % azdır.

Martın 1-nə 67,7 ton hazır məhsul ehtiyatı yaranıb.

Xatırladaq ki, ötən ilin yanvar-fevral aylarında şəkərli qənnadı məmulatları ehtiyatlarının həcmi 111,8 ton təşkil edib. Hesabat dövründə istehsal 1467,4 ton olub.